Пятница, 17.05.2024, 09:29
Приветствую Вас Гость | RSS

.:. New-World .:.

Главная | Регистрация | Вход

Главная » Файлы » Новости

Sualdan yayınma fəndləri
29.09.2008, 11:20
Aşağıdakı məqalədə sualdan diplomatik fəndlərlə yayınma fəndlərindən söhbət açıram. Diqqətlə oxusanız, bu fəndləri çoxlarının (dövlət başçıları, diplomatlar, siyasi xadimlər, politoloqlar və s.) tətbiq etdiyinə şahid ola bilərsiniz.

Sualdan diplomatikcəsinə yayınma fəndləri


1) Mövzuya başqa bir mövzu daxil edilərək (necə deyərlər, söz arasına söz qataraq) diqqəti getdikcə əsas mövzudan yayındırmaq. Məsələn, bu cür: “yeri gəlmişkən qeyd edim ki, ...”, və ya “Siz soruşduğunuzdan da maraqlı məsələ odur ki, ...”. Yaxud “o vaxt filan hadisə mənə bundan daha çox təsir etmişdi” deyib əsas mövzudan başqa birinə keçilir və diqqət bu istiqamətə yönəldilir;
2) “Bir qədər sonra bu məsləyə ətraflı şəkildə qayıdacağıq” deyib suala cavab vermək “əbədi” olaraq təxirə salınır;
3) Cavab müxtəlif qadağanlarla (yasaqlarla) əlaqələndirilir. Məsələn, bu cür: “bu çox şəxsi məsələdir və mən bunun işıqlandırılmasına qarşıyam” və ya “bilirsinizmi, belə şeylər barədə nəinki danışmaq, hətta düşünmək belə mənim təbiətimə ziddir”, yaxud zarafata salaraq “bu çox məxfi məlumatdır” deyilir. Eyni qayda ilə, suala cavab verməyin hələ tez olduğunu, bu məsələnin zamana ehtiyacı olduğunu bildirmək də bu qəbildən olan cavablardandır;
4) Sual digər bir sualla əvəz edilir və “hücum” sual verənə doğru yönəldilir. Məsələn, bu cür: “Siz, bu sualı filan vaxtı nə üçün vermədiniz?” və ya “Siz özünüz bu barədə nə düşünürsünüz?”, yaxud “Siz nə üçün bunu bilməyə belə can atırsınız?”;
5) Suala yumoristik cavab verilərək diqqət yayındırılır;
6) Sualın düzgün başa düşülmədiyi bildirilərək başqa birinin sualı dinlənilir;
7) Sual səviyyəsiz sual hesab edilir və “belə şeylərə vaxt itirməyinə dəyməz” fonu yaradılır. Məsələn, bu cür: “Sizin ağlınıza bundan başqa sual gəlmirmi?”;
8) Cavab verməkdən yayınılaraq sual başqa birinin üzərinə yönəldilir. Məsələn, bu cür: “Bu, filankəsin sahəsinə aid məsələdir, yaxşı olar ki, ondan soruşasınız” və ya “xahiş edirəm, mövzuya aid olmayan suallar verərək vaxtımızı almayın”;
9) Suala cavab verən şəxs tərəfindən düzəliş edilir, məhz bundan sonra məqsədəuyğun cavablandırılır;
10) Suala “yadımdan çıxıb” və ya “xatırlamıram” cavabı verilir və s.
Категория: Новости | Добавил: MAXO
Просмотров: 580 | Загрузок: 0 | Комментарии: 2 | Рейтинг: 3.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Категории раздела

Мини-чат

Наш опрос

Что больше вылаживать на сайт?
javascript:; javascript:;
Всего ответов: 60

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Форма входа

Логин:
Пароль:

Поиск

Хостинг от uCoz