Пятница, 17.05.2024, 06:43
Приветствую Вас Гость | RSS

.:. New-World .:.

Главная | Регистрация | Вход

Главная » Файлы » Новости

62 ildir ac olan adam
29.09.2008, 12:06
62 ildir ac olan adam...

Hind kasıbı Prahlad Jani, 8 yaşından bəri ac və susuz yaşayır. Ekspertlərin araşdırmağa aldığı Janinin bütün orqanları normal bir insanınkı kimi çalışır.

Çox insanın yemək yemədən, bədənindəki zülal anbarlarını istifadə edərək həftələrcə yaşaması mümkündür. Ancaq ekspertlərə görə ortalama bir insan su içmədən üç ya da dörd gün yaşaya bilər. Halbuki Hindistanda yaşayan Prahlad Jani təxminən 62 ildən bəri heç bir şey yeyib içmir. Həkimləri təəccübləndirən Hind kasıbı, təxminən 10 gündür Hindistanın qərbindəki Əhmədabad şəhərində qarovul altındadır. Xəstəxananın nümayəndəsi Dr. Dinesh Desai-nin verdiyi məlumata görə, bu müddət boyunca da heç bir şey yemədi, tualetə də çıxmadı amma zehni və fiziki vəziyyəti çox yaxşıdır. Dr. Desai "ona etdiyimiz testlər bədən mexanizminin normal bir insanınkı
kimi olduğunu göstərir" deyir.


62 ildir ac olan adam

70 yaşı ötmüş olan Jani zamanının çoxunu Gujarat şəhərində Ambaji məbədində, hər şeyə boyun əymiş bir şəkildə oturaraq keçirir. Son 10 gündür isə özü üçün xüsusi hazırlanmış otaqda yaşayır. Tualeti sıx bağlanmış olan bu otaq, davamlı video kamerayla müşahidə olunur. Janinin tək etdiyi şey isə azca bir suyla ağızını çalxalamaqdır. "Yeməyə və suya ehtiyac duymuram" deyən Jani, səkkiz yaşındaykən ilahi bir güc tərəfindən müqəddəs hesab edildiyini və o zamandan bəri belə yaşadığını söyləyir. Charod kəndində böyümüş olan Jani, görünüşüylə də diqqət çəkir. Qırmızı bir paltarı, burnunda halqa, saçlarında çiçəklər var. Bu maraqlı görünüşlü adamı müridləri isə "mataji" və ya "ilahə" deyə çağırır. Jani bu şəkildə necə yaşadığının sirrini isə damağında olan bir dəliyə borclu olduğunu söyləyir. Bu dəlik illərdir yemədən və içmədən yaşamasını təmin etmişdir.

62 ildir ac olan adam

BİTKİ KİMİ YAŞAYIR

Jani kimi heç bir şey yeməyən və içməyən insanlar özlərini "ototrof" olaraq adlandırırlar. Bu termin öz yeməyini edə bilən orqanizmlər mənasını verir. Rus bir ototrof olan Irina Novozhilova, bu mövzudakı fikirlərini belə açıqlayır: "Uzun illər əvvəl belə yaşamağı kəşf etmiş insanlar var. Başda Vernadsky olmaq üzrə rus filosoflar, insanların yemək yemədən yaşaya bilmələri üzərində düşünürdülər."
Yer üzündə yaşayan bütün canlılar ototroflar və heterotroflar olaraq ikiyə ayrılır. Günəş işığı və havadan bəslənən yəni fotosintez edən bitkilərin böyük bir qisimi ilk qrupa girir. İnsanlar və heyvanlar isə ikinci qrupa daxildır. Onlar digər canlıları yeyərək həyatlarını davam etdirirlər. Bu səbəblə yemədən və içmədən yaşayan insanlar
bitkilərə daha yaxındır.


62 ildir ac olan adam

BİOLOJİ YAŞI 20

Moskvada da bu şəkildə yaşayan bir qrup var. Onlar da Konstantin Vasiliev Muzeyində bir araya gələrək təcrübələrini paylaşırlar. Məsələn bir ana uşağını səkkiz yaşına qədər əmizdirsə, ototrof ola biləcəyini düşünürlər. Bu qrupdakı yeməyən və içməyən qadınların uşaqlarına çatacaq qədər südlərinin olması da olduqca maraqlıdır. Ototrofların insanlara təklif etdikləri isə bir anda yemənin və içmənin kəsilməsinin mümkün olmadığıdır. Rusiyanın ən məşhur ototrofu isə Zianaida Baranova. 67 yaşındakı qadın ilk başda ət yeməyi buraxmışdır. Dörd yarım ildən bəri isə yemək yemədən və su içmədən yaşayır. Yenə də ekspertlər Baranovanın bioloji yaşının 20 olduğunu söyləyir. Onsuzda son dərəcə enerjili və şən bir insandır.


Belə yaşamaq istərdinizmi ? :)
Категория: Новости | Добавил: MAXO
Просмотров: 602 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Категории раздела

Мини-чат

Наш опрос

Что больше вылаживать на сайт?
javascript:; javascript:;
Всего ответов: 60

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Форма входа

Логин:
Пароль:

Поиск

Хостинг от uCoz