|
|
Sarkisyan Gülə Oruc süfrəsi açıb
|
| 08.09.2008, 10:23 |
Gül İrəvanda media qarşısına çıxdı, amma Qarabağdan danışmadı
Ermənistanda
səfərdə olan Türkiyə prezidenti Abdullah Gül bu ölkənin başçısı Serj
Sarkisyanla görüşündən sonra onunla birlikdə də media qarşısına çıxıb.
APA-nın
xəbərinə görə, Gül İrəvanda olmaqdan məmnunluq duyduğunu, futbol
oyununun görüş üçün verdiyi fürsəti “gözəl bir şəkildə”
dəyərləndirdiklərini deyib.
Gülün sözlərinə görə, görüşdə Qafqaz bölgəsindəki vəziyyət müzakirə olunub.
Türkiyə
prezidenti bildirib ki, Serj Sarkisyanla birlikdə ölkələri arasındakı
problemlərin həlli üçün şərait yaradılması ilə bağlı iradə ortaya
qoyublar: “Ümid edirəm ki, bu ziyarət iki ölkə arasında problemlərin
həllində yeni bir başlangıc olacaq”.
Gül həmçinin Sarkisyanın “Qafqaz İttifaqı” ideyasına dəstək verdiyini, buna görə də ona təşəkkür etdiyini bildirib. S. Sarkisyan isə dəvəti qəbul etdiyi üçün Gülə təşəkkürünü bildirib. O
deyib ki, Gül onu İstanbulda keçiriləcək Türkiyə-Ermənistan maçına
dəvət edib. Bunu yaxşı bir başlanğıc olaraq dəyərləndirdiyini deyən
Sarkisyan ölkəsi ilə Türkiyə arasındakı problemləri çözəcəklərini
bildirib: “Bu problemləri biz həll edəcəyik, gələcək nəsillərə
saxlamayacağıq”.
Daha sonra isə Gül Ermənistanda orucunu açıb və
erməni həmkarı ilə birlikdə “Razdan” stadionunda Türkiyə-Ermənistan
futbol yığmalarının oyununu izləməyə gedib Siz bu siyasəti necə dəyərləndirirsiniz...???
|
|
Категория: Новости | Добавил: MAXO
|
| Просмотров: 528 | Загрузок: 0
| Рейтинг: 0.0/0 |
|
Наш опрос
Статистика
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0
|