|
|
Anası Britni Spirsin intim sirlərini açıqladı!
|
| 08.09.2008, 11:00 |
 Anası Britni Spirsin intim sirlərini açıqladı! Müğənninin
anasının “Fırtına arasında” adlı kitabı sentyabrın 4-də işıq üzü görüb.
Linn Spirs bütün dünyaya ən yaxşı ana olmadığını, onun qızının isə
karyerasının ilk illərində təqdim edildiyi “məsum qızcığaz” obrazından
uzaq olduğunu açıqlayıb.
Hazırda 53 yaşlı Linn qızını
menecerlərə tapşırdığından və onun çox gənc yaşında açıq-saçıq
videoların seksual obyektinə çevrilməsinə imkan verməsindən peşimandır.
Anası əmindir ki, Britni Spirsin daimi problemlərinin kökündə onun hələ
uşaq yaşlarında “vəhşi tərbiyəsi” durur.
Britninin problemləri
hələ 13 yaşında başlayıb. O zaman “Mikki Mausun dostları Klubu”na daxil
olan qızcığaz içkiyə qurşanıb. Lakin macəralar bununla bitməyib.
Gələcək ulduz bir il sonra Luiziana ştatının Kentvud şəhərindəki
məktəbə daxil olub. Elə həmin məktəbdəcə 18 yaşlı dostu ilə yatağa
girərək 14 yaşında bakirəliyini itirib. Bundan sonra pop-şahzadənin
karyera yüksəlişi başlayıb. Britni Castin Timberleykə vurularaq onunla
intim həyat yaşamağa başlayıb. Anası isə bu fakta göz yumurmuş.
Ən
maraqlısı isə odur ki, bütün bu illər ərzində Britni bakirə olduğunu
iddia edirmiş. Müsahibələrindən birində bakirəliyini ancaq həyat
yoldaşı ilə itirəcəyini bildirən müğənniyə “Amerikanın sonuncu
bakirəsi” titulu verilib. Nəticədə Britnini “Əsl sevgi tələsmir” adlı
ictimai hərəkatın lideri elan ediblər.
Britninin narkotik
maddələrə aludəçiliyi isə ümumiyyətlə başqa bir mövzudur. Linn öz
kitabında yazır ki, qızı narkotik maddədən ilk dəfə 15 yaşında
Los-Ancelesdə “Baby One More Time” debüt albomunu yazdırarkən istifadə
edib. 16 yaşında olarkən Britnini şəxsi reaktiv təyyarəsində kokain və
marixuana ilə tutublar. Anası bu problemi qızı ilə uzun müddət müzakirə
edib. Amma Britni üçün artıq maneə qalmayıbmış.
Britni
uşaqlığından uçurumun kənarı ilə addımlayaraq həyatın bütün “ləzzətini”
dadmağa çalışıb. Hazırda 26 yaşı olan müğənni artıq iki dəfə psixatrik
klinikada intensiv müalicə alıb. Onun iki oğlunu keçmiş həyat yoldaşı
Kevin Federlayn tərbiyə edir. Britni özü isə balaca uşaq kimi atasının
nəzarəti altındadır.
Britni və anasının münasibəti hələ 2006-cı
ildə pozulub. Sentyabrın 16-da açıq satışa daxil olacaq kitabdan sonra
onların münasibətinin ümumiyyətlə pozulacağı sirr deyil. Halbuki, bir
zamanlar ana və qızı ən yaxşı rəfiqələr olublar...
|
|
Категория: Новости | Добавил: MAXO
|
| Просмотров: 764 | Загрузок: 0
| Рейтинг: 0.0/0 |
|
Наш опрос
Статистика
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0
|