|
|
Azərbaycanın İnternetə çıxışında problem yaranıb
|
| 11.09.2008, 19:57 |

Azərbaycanın İnternetə çıxışında problem yaranıb
Rusiyanın aparıcı telekommunikasiya operatoru olan «Rostelekom»
şirkətinin Mahacqala (Dağıstan) ərazisindən keçən fiber-optik rabitə
kanalında baş verən texniki problemlə əlaqədar bu gün Azərbaycanın
İnternetlə təminatında problemlər yaranıb.
Azərbaycanda
universal rabitə xidmətləri göstərən «Delta Telecom» şirkətindən
«APA-ECONOMICS»ə verilən məlumata görə, problem təxminən saat 18:00
radələrində yaranıb. Hazırda onun həlli istiqamətində Rusiya ərazisində
iş aparılır. Xətdə yaranmış nasazlığın bu gün tam aradan qaldırılacağı
gözlənilir.
Şirkətdən həmçinin bildirilib ki, problemlə əlaqədar Azərbaycan
ərazisində İnternet xidmətlərinin göstərilməsi tam dayandırılmayıb,
amma xətlərdə baş verən yüklənmə ilə əlaqədar bir qədər zəiflik yaranıb.
Qeyd edək ki, «Rostelekom» şirkəti dünyanın 70 ölkəsində 150 operatorun
beynəlxalq şəbəkəyə çıxışını təmin edir. Hazırda Azərbaycan əhalisinin
təqribən 18%-i İnternet istifadəçisidir.
|
|
Категория: Новости | Добавил: MAXO
|
| Просмотров: 502 | Загрузок: 0
| Рейтинг: 0.0/0 |
|
Наш опрос
Статистика
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0
|