Hind kasıbı Prahlad Jani, 8 yaşından
bəri ac və susuz yaşayır. Ekspertlərin araşdırmağa aldığı Janinin bütün
orqanları normal bir insanınkı kimi çalışır.
Çox insanın yemək
yemədən, bədənindəki zülal anbarlarını istifadə edərək həftələrcə
yaşaması mümkündür. Ancaq ekspertlərə görə ortalama bir insan su
içmədən üç ya da dörd gün yaşaya bilər. Halbuki Hindistanda yaşayan
Prahlad Jani təxminən 62 ildən bəri heç bir şey yeyib içmir. Həkimləri
təəccübləndirən Hind kasıbı, təxminən 10 gündür Hindistanın qərbindəki
Əhmədabad şəhərində qarovul altındadır. Xəstəxananın nümayəndəsi Dr.
Dinesh Desai-nin verdiyi məlumata görə, bu müddət boyunca da heç bir
şey yemədi, tualetə də çıxmadı amma zehni və fiziki vəziyyəti çox
yaxşıdır. Dr. Desai "ona etdiyimiz testlər bədən mexanizminin normal
bir insanınkı kimi olduğunu göstərir" deyir.
70
yaşı ötmüş olan Jani zamanının çoxunu Gujarat şəhərində Ambaji
məbədində, hər şeyə boyun əymiş bir şəkildə oturaraq keçirir. Son 10
gündür isə özü üçün xüsusi hazırlanmış otaqda yaşayır. Tualeti sıx
bağlanmış olan bu otaq, davamlı video kamerayla müşahidə olunur.
Janinin tək etdiyi şey isə azca bir suyla ağızını çalxalamaqdır.
"Yeməyə və suya ehtiyac duymuram" deyən Jani, səkkiz yaşındaykən ilahi
bir güc tərəfindən müqəddəs hesab edildiyini və o zamandan bəri belə
yaşadığını söyləyir. Charod kəndində böyümüş olan Jani, görünüşüylə də
diqqət çəkir. Qırmızı bir paltarı, burnunda halqa, saçlarında çiçəklər
var. Bu maraqlı görünüşlü adamı müridləri isə "mataji" və ya "ilahə"
deyə çağırır. Jani bu şəkildə necə yaşadığının sirrini isə damağında
olan bir dəliyə borclu olduğunu söyləyir. Bu dəlik illərdir yemədən və
içmədən yaşamasını təmin etmişdir.
BİTKİ KİMİ YAŞAYIR
Jani
kimi heç bir şey yeməyən və içməyən insanlar özlərini "ototrof" olaraq
adlandırırlar. Bu termin öz yeməyini edə bilən orqanizmlər mənasını
verir. Rus bir ototrof olan Irina Novozhilova, bu mövzudakı fikirlərini
belə açıqlayır: "Uzun illər əvvəl belə yaşamağı kəşf etmiş insanlar
var. Başda Vernadsky olmaq üzrə rus filosoflar, insanların yemək
yemədən yaşaya bilmələri üzərində düşünürdülər." Yer üzündə yaşayan
bütün canlılar ototroflar və heterotroflar olaraq ikiyə ayrılır. Günəş
işığı və havadan bəslənən yəni fotosintez edən bitkilərin böyük bir
qisimi ilk qrupa girir. İnsanlar və heyvanlar isə ikinci qrupa
daxildır. Onlar digər canlıları yeyərək həyatlarını davam etdirirlər.
Bu səbəblə yemədən və içmədən yaşayan insanlar bitkilərə daha yaxındır.
BİOLOJİ YAŞI 20
Moskvada
da bu şəkildə yaşayan bir qrup var. Onlar da Konstantin Vasiliev
Muzeyində bir araya gələrək təcrübələrini paylaşırlar. Məsələn bir ana
uşağını səkkiz yaşına qədər əmizdirsə, ototrof ola biləcəyini
düşünürlər. Bu qrupdakı yeməyən və içməyən qadınların uşaqlarına
çatacaq qədər südlərinin olması da olduqca maraqlıdır. Ototrofların
insanlara təklif etdikləri isə bir anda yemənin və içmənin kəsilməsinin
mümkün olmadığıdır. Rusiyanın ən məşhur ototrofu isə Zianaida Baranova.
67 yaşındakı qadın ilk başda ət yeməyi buraxmışdır. Dörd yarım ildən
bəri isə yemək yemədən və su içmədən yaşayır. Yenə də ekspertlər
Baranovanın bioloji yaşının 20 olduğunu söyləyir. Onsuzda son dərəcə
enerjili və şən bir insandır.