Məlumata
görə, ABŞ ordusunun 57-ci hava birliyinin 21 əsgəri uzun müddət
özlərini ölümə hazırlayıblar. Ardınca isə çox güclü kimyəvi zəhər
içərək intihar ediblər. Tibbi müdaxilə nəticəsində intihar edən 21
əsgərdən 5-ni xilas etmək mümkün olsa da, 16 hərbçi ölüb. Əsgərlərin
cəsədini görən şahidlər onların “5 min il yaşı olan mumiya”ya
oxşadıqlarını bildiriblər.
Hadisə 27 gün əvvəl baş versə də,
Mərkəzi Komandanlıq olayı gizlətməyə çalışıb. Lakin jurnalistlərin
hadisədən xəbər tutmasından sonra kütləvi intihar faktı etiraf edilib.
Komandanlıq əsgərlərin mənəvi düşgünlük vəziyyətində olduqlarını
bildirib.
Qeyd edək ki, ABŞ-ın İraqdakı ordusunda intihar adi
hal alıb. Müharibənin başladığı 2003-cü ildən bu yana 600 hərbçi
intihara cəhd edib. Bu cəhdlərdən yarısından çoxu ölümlə nəticələnib.