Пятница, 10.05.2024, 01:30
Приветствую Вас Гость | RSS

.:. New-World .:.

Главная | Регистрация | Вход

Главная » Файлы » Новости

Royanın toy günü
26.08.2008, 17:46
Royan305;n toy g252;n252;
Bəylə gəlin bir saat bayırda gözlədilər

Ağ, üstü açıq “Kabrialet” markalı avtomobildə gələn Röya və Anar şadlıq sarayının qarşısında bir saata yaxın qonaqların gəlməsini və salonun dolmasını gözləyiblər. Gəlin maşınını idarə edən bəy Anar ara vermədən siqaret çəkib.
Jurnalistlərin buraxılmadığı toy mərasiminin keçirildiyi şadlıq sarayın girişi xüsusi mühafizəçilərlə qorunub, toya gələnlərin dəvətnamələri yoxlanılıb. Bu tapşırığı Röyanın özü verib. Şadlıq sarayının önündə olan Röyanın pərəstişkarları onu alqışlayıblar.
Royan305;n toy g252;n252;
Röya pərəstişkarları toy zalına buraxmadı

Hər zaman pərəstişkarlarını çox qiymətləndirdiyini vurğulayan Röya, toy mərasimində onları da qapı arxasında qoyub. Toyun keçirildiyi şadlıq sarayının həyətindən tutmuş, bütün zala kimi gözəçarpan yerlər xüsusi dekorasiyalarla bəzədilib. Şadlıq sarayının çöl qapısında isə saysız-hesabsız süni güllər, Anar və Röya yazılan atəş-fəşanlıq qoyulub.

Anar və Röyanın gəlin maşını kimi seçdiyi “Kabrialet”in arxasında isə ancaq ağ qızılgüllərdən istifadə olunub. Röya toy mərasiminə deyildiyi kimi qızılı rəngli gəlinlik paltarında deyil, ağ gəlinlik paltarında gəlib. Başında çox uzun ağ fata olan Röyanın geyindiyi gəlinlik libası xüsusi sifarişlə gətirilib. Gəlinlə bəy saat 19:18-də zala giriblər. Cütlüyün rəsmi nikah mərasimi isə toydan əvvəl keçirilib və toy ərəfəsində nikah kağızı yeni ailə başçısına, yəni Anara təqdim olunub.

Toy mərasiminə 400-ə yaxın qonaq dəvət olunsa da, 420 nəfər iştirak edib. Restoranın operator və fotoqraflarından istifadə etməyən Röya özü üçün xüsusi operatorlar və fotoqraflar dəvət edib. Hətta restoranın fotoqrafları və işçiləri də toyun düzənləndiyi salona buraxılmayıb. Toyda olan qonaqların isə hətta telefonlarını çıxarıb gəlinlə bəyin şəklini çəkməyə imkan verilməyib. Çəkilən şəkillərin toy bitdikdən sonra qonaqlara təqdim ediləcəyi bildirilib.

Toy mərasimində Röya, həyat yoldaşı Anarla duet də ifa edib. Aparıcılar Kamilə Babayeva və Nəsib Nur tərəfindən idarə olunan toy mərasimində aparıcı müğənni Abbas Bağırov olub. Onu öz musiqiçiləri, yəni əməkdar artist Ənvər Sadıqovun rəhbərlik etdiyi musiqi qrupu müşayiət edib. Toy mərasimində Röyanın dostları Natəvan Həbibi, Elnur Məmmədov, Elnarə Xəlilova, Zülfiyyə Xanbabayeva, Manana, Samirə, Lalə Məmmədova, Xəyyam Nisanov, Cavanşir Məmmədov, Firuzə İbadova, Ramal, Samir Cavadzadə, Elnur Hüseynov, Ülvi Cəfərovun rəhbərlik etdiyi “Şeron” qrupu, Murad Dadaşov, Anar Məmmədxanlı, Kamran Həsənli, Çoşğun Rəhimov, Baba Vəziroğlu, Vaqif Gərayzadə, Nailə Mirməmmədli, Faiq Sücəddinov, Emin Kərimi və başqaları iştirak ediblər. Toy mərasimində plovun süfrəyə gətirilməsi də tamam fərqli formada olub. “Min bir gecə” nağıllarını xatırladan mərasimdə plovu kənizlər gətirib. Röyanın dəvətliləri sırasında olan xalq artisti İlhamə Quliyeva isə toy mərasimində iştirak etməyib. Toyun ən maraqlı məqamlarından biri isə bəyin valideynlərinin mərasimdə iştirak etməməsi olub. Röya ilə münasibətlərinə görə valideynlərinin Anardan imtina etdikləri barədə məlumat yayılıb.

Mərasimdə Röyanın valideynləri, bacı və qardaşları onu tək qoymayıblar. Toy mərasiminə təşrif buyuran müğənninin dostları ona musiqi hədiyyələrini ediblər. Bu musiqi hədiyyəsi isə müğənninin sənət dostlarının qrup şəklində eksklüziv hazırladığı mahnı olub. Onu da deyək ki, toy mərasimində Röya sənət dostlarının mahnı ifa etməsini istməyib. Elə toyun əvvəlində elan olunub ki, Röya sənət dostlarının onun toyunda istirahət etməsini istəyir. Röyanın toy mərasiminin aparıcı müğənnisi Abbas Bağırov olsa da, toy mərasimini Vaqif Gərayzadənin rəhbərlik etdiyi “Aypara “qrupu açıb. Elnur Məmmədov isə Röya və Anara onların böyük portretlərinin əks olunduğu rəsm əsərini hədiyyə verib. Toy mərasiminə “Kabrialet“də gələn Röya və Anar mərasimi ağ rəngli “Cip-Lemuzin“ də tərk ediblər. Qeyd edək ki, cütlük sentyabrın 1-də bal ayı üçün Dubaya gedəcək.
Категория: Новости | Добавил: Spektr
Просмотров: 2145 | Загрузок: 0 | Комментарии: 3 | Рейтинг: 4.0/2
Всего комментариев: 1
26.08.2008
smile

Имя *:
Email *:
Код *:

Категории раздела

Мини-чат

Наш опрос

Ваша любимая футбольная команда?
javascript:; javascript:;
Всего ответов: 127

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Форма входа

Логин:
Пароль:

Поиск

Хостинг от uCoz